“New Baku Hotel” də “Musiqi Axşamı” keçirilib

14 iyul 2018-ci il tarixində “New Baku Hotel”-də “Musiqi Axşamı” keçirilib. Tədbirdə SKAL-ın Azərbaycan üzrə nümayəndələri, musiqi sevərlər və işgüzar insanlar iştirak ediblər. Tədbiri Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti Ruslan Quliyev açaraq qonaqları salamlayıb və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

“Musiqi axşamı” tədbirinin proqramına pianoçu Elçin Məmmədov müşayiəti ilə Kamran Rzayevin ifasında Azərbaycan, rus və ingilis bəstəkarlarının repertuarlarından mahnılar daxil edilib. Kamran Rzayev Rəşid Beybutovun repertuarından “Saçlarına gül düzüm”, “Sevgilim”, “Sənədə qalmaz”, Müslüm Maqomayevin repertuarından “Синяя Вечность”, Serovun repertuarından “Я люблю тебя до слез”, “Ты меня любиш”, Elvis Preslinin repertuarından “Always on my mind”, “Speak softly love”, Endi Uilyamsın repertuarından “Speak softly love” mahnılarını ifa edib. Tədbirdə ifa olunan mahnılar bütün qonaqların ürəyincə oldu. Tədbirin sonunda “New Baku Hotel” otelinin Satış və Marketinq departamentinin direktoru Tahir Məmmədov Kamran Rzayevə və pianoçu Elçin Məmmədova təşəkkürnamə təqdim edib.

“New Baku Hotel”-in baş meneceri və Skal İnternational Baku Turizm Peşəkarlar Birliyinin Prezidenti Ceyhun Aşurov tədbirlə bağlı bildirib ki, oteldə daim işgüzar insanları birləşdirən müxtəlif tədbirlər keçirilir. Tədbir işgüzar insanlara gözəl istirahət etməklə yanaşı öz işgüzar əlaqələrini də yaratmağa imkan verir. “New Baku Hotel”-in kommunikasiya planına uyğun olaraq 2018-ci ilin sonuna qədər SKAL-ın Azərbaycan üzrə nümayəndələri və işgüzar insanlar üçün müxtəlif tədbirlərin keçşirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, SMART Hotel Management şirkətinin nəzdnində fəaliyyət göstərən “New Baku Hotel” öz geniş otaqları, 7 Sky Restoranı və Terrası ilə qonaqların xidmətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə