Qarşıya qoyulan vəzifələr layiqincə yerinə yetirilir

Masallı rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6-cı ildönümü həsr olunmuş təntənəli tədbir keçirilib

Fevralın 13-də Masallı rayon Heydər Əliyev Mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 6-cı ildönümü həsr olunmuş təntənəli tədbir keçirilib. SİA-ya daxil olan məlumata görə, tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Daha sonra tədbir Heydər Əliyev mərkəzində davam etdirilmişdir. Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı rayon Prokuroru Allahverdi Novruzov, Masallı rayon polis şöbəsinin rəisi Habil Əmiraslanov, Masallı rayon Məhkəməsinin sədri Firdovsi Əliyev və digər idarə, təşkilat və müəssisələrin rəhbərləri iştirak edib.

Tədbiri giriş sözu ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin zabiti leytenant Hacıyev tədbir iştirakçılarını salamlayıb. Daha sonra Xidmətin Masallı şöbənin rəisi polkovnik-leytenant Fəxrəddin Mirzəliyev Xidmətin 6-cı il dönümü ilə əlaqədar geniş məruzə ilə çıxıb edib. Şöbə rəisi bildirib ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə komplektləşdirilməsi sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Daha sonra söbə rəisi şəxsi heyəti təbrik edərək bildirib ki, Ali Baş Komandanın sərəncamlarının icrasının, Xidmət rəhbərliyinin tapşırıq və göstərişlərini vaxtında yerinə yetirilməsinə bundan sonra da səylə çalışacaq, qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirəcəkdir.

Tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov Xidmət rəhbərliyi başda olmaqla Xidmətin bütün şəxsi heyətini təbrik edib və şəxsi heyətə məsuliyyətli işində uğurlar arzulayıb. Daha sonra Qələbə SHXÇDX-nin yaradılmasının 6-cı ildönümünə həsr olunan “Qələbəyə hazır ol” sənədli film nümayiş olunub.

Sonda Xidmət rəisinin müvafiq əmrinə əsasən xidmətdə fərqlənmiş hərbi qulluqçular və mülki işçilər təltif edilib.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...