Ölkəmizdə tarixən təşəkkül tapmış tolerantlıq və multikulturalizm ənənələri müasir Azərbaycan cəmiyyətində daim inkişaf edir və dövlət səviyyəsində dəstəklənir. Müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin respublikamızda azad və dinc yanaşı yaşaması üçün hər cür şərait yaradılır, tarixi abidələr, məscidlər, kilsələr və sinaqoqlar qorunub saxlanılır və bərpa edilir. “Azərbaycan Bibliya Cəmiyyəti”nin təşəbbüsü, ölkəmizin xristian dini icmalarının dəstəyi ilə noyabrın 24-də Müslim Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında xristianların müqəddəs kitabına – Bibliyaya həsr olunmuş tədbir keçirilib.

“Azərbaycan Bibliya Cəmiyyəti”nin baş katibi Rasim Xəlilov tədbir iştirakçılarını bayram münasibətilə təbrik edərək onlara sülh və firavanlıq arzu edib. O vurğulayıb ki, respublikamızda dalbadal ikinci ildir Bibliya Günü qeyd edilir. R.Xəlilov ölkəmizdəki bütün dini icmalara göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı komitənin fəaliyyəti barədə məlumat verib, görülən işlərdən danışıb. O, xristianlığın yaranması tarixindən söz açaraq bildirib ki, ölkəmizdə müxtəlif dinlərin nümayəndələri əsrlərboyu mehribanlıq və dostluq şəraitində yaşayıblar. Tədbir dua mərasimi və uşaq kilsə xorunun çıxışı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə