Aparıcı Lalə Azərtaş sosial şəbəkədə yeni fotolarını paylaşıb. SİA-nın məlumatına görə, o, yeni dünyaya gələn bacısının üçəm övladları ilə kamera qarşısına keçib.

Lalə paylaşımına bu sözləri yazıb: “Bu da mənim məşhur üçəmlərim... Allahım sizi qorusun. Allahım, heç bir qucağı boş qoyma".

Qeyd edək ki, üçəmlərdən ikisi qız, biri isə oğlandır. Vaqif, Fəxriyyə və Ülviyyə 40 gün öncə dünyaya gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə