Aktyor Elcan Rəsulov ATV-də yayımlanan "Ər və arvad" serialından gedib. SİA-nın məlumatına görə, aktyor bu haqda o, özü məlumat yayıb: "Bu, "Ər və arvad"ın ilk fotosessiyasından olan şəkildir. Mənim isə serial haqqında son paylaşdığım şəkildir. Daha Elcan oralarda olmayacaq. Mənim üçün bu iş burada bitir. Uzunuzadı yazmayacam. Çətinliklər, falan, filan... Bitdi, bu qədər. Sağ ol, Kəmalə Piriyeva, Aqil M.Quliyev sənə də uğurlar".

Qeyd edək ki, rejissorluğunu Aqil M.Quliyevin etdiyi serial bir ildən çoxdur yayımlanır. Ekran işinin digər qəhrəmanı Kəmalə Piriyevadır.

Bütün xəbərlər Facebook səhifəmizdə