Aktrisa eşq iddialarını yalanladı

"Kızılcık şərbəti" nin aktrisası Sıla Türkoğlu həmkarı Doğukan Güngörlə eşq yaşadığı iddialarına cavab verib. SİA xəbər verir ki, Türkoğlu sosial media hesabından verdiyi açıqlamada bütün iddiaları təkzib edib.

Gənc aktrisa "Dünən axşam komanda yoldaşlarımla keçirilən tədbirdən sonra bəzi səhifələrdə mənim və həmkarımla bağlı əsassız xəbərlər gördüm. Aramızda çəkiliş meydançasında dostluqdan başqa heç bir münasibət yoxdur, xəbər həqiqətə uyğun deyil. Məni belə hadisələrdən uzaq tutsanız şad olaram” sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə