Sabunçuda köməkçi tikili yanıb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 40 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları qismən yanıb. Fövqləladə Hallar Nazirliyindən SİA-ya verilən xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə