Novruz bayramına həsr olunmuş konsert keçirilib FOTOLAR

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə Binəqədi raqyonunda yerləşən Zərifə Əliyeva adına parkda Novruz bayramına həsr olunmuş konsert keçirilib.

SİA-ya Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən verilən xəbərə görə, şənlikdə Binəqədi Mərkəzi Mədəniyyət evinin "Pöhrə" rəqs qrupu, "Yanardağ" nağara ifaçıları, müğənnilər Aygün Məmmədli, Asif Əliyev çıxış edərək tədbirə rəngarənglik qatıblar.

Novruz Bayramının əsas simvollarından olan Kosa, Keçəl və Baharqızının çıxışları konsert iştirakçılarının marağına səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə