Beyons azərbaycanlı dizaynerin kolleksiyasına müraciət etdi FOTO

Dünya şöhrətli ifaçı Beyons azərbaycanlı dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib. SİA-nın məlumatına görə, bu barədə Rüfət İsmayıl özü "İnstagram" səhifəsində xəbər verib: "Beyonsu 2019-cu ilin dəbli idman geyimində görmək məni həyəcanlandırdı”.

Qeyd edək ki, Rüfət İsmayıl “Affair” brendinin yaradıcısıdır. Rüfət İsmayıl kolleksiyaları Milan, İtaliya, Nyu-York, Dubay, Türkiyə və İran moda həftələri kimi möhtəşəm tədbirlərdə nümayiş etdirilən ilk və yeganə Azərbaycan və Türkiyə dizayneridir. Dizaynerin kolleksiyalarından birinin dünya moda sənayesinin əsas mərkəzi – “Pitti Uomo”da təqdim edilməsi onun beynəlxalq miqyasda istedadlı bir insan kimi tanınmasının göstəricisidir. Türkiyə Moda Dizaynerləri Assosiasiyası azərbaycanlı modelyer Rüfət İsmayılı “Türkiyənin ən yaxşı dizayneri-2018” mükafatına layiq görüb. Önun geyimləri Nyu-York Moda Həftəsində nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə