Ermənistan-İngiltərə münasibətlərində nə baş verir?

Oktyabrın 21-də Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Böyük Britaniyaya işgüzar səfərə yola düşüb və səfər zamanı Mnatsakanyan britaniyalı həmkarı və aparıcı Britaniya mətbuatının nümayəndələri ilə görüşəcəyi gözlənilir. SİA Ermənistana məxsus lragir.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, İngiltərənin AB ilə münasibətlərinin çətin mərhələsində, baş nazir Jonsoun ölkəni AB-dən çıxartmağa çalışdığı bir dövrdə, İngiltərə Parlamentinin razılığa gələ bilmədiyi bu vəziyyətdə Ermənistan Xarici İşlər Naziri Mnasakanyanın Londona göndərilməsi Ermənistan cəmiyyətində birmənalı qarşılanmır.

Məlumata görə, keçən həftə İngiltərənin Ermənistandakı səfirliyi bəyan edib ki, Alan Qoqbaşyanın operativ vəziyyət səbəbindən İngiltərənin Ermənistandakı səfiri vəzifəsini icra edə bilməz. Bunun ardınca da David Moran Böyük Britaniyanın Ermənistandakı müvəqqəti işlər vəkili təyin edilib.
Maraqlıdır, avqust ayında İngiltərə hökumətinin rəsmi saytı Alan Qoqbaşyanın Ermənistana səfir təyin ediləcəyini açıqlasa da, indi rəsmi London qəflətən fikrini dəyişir və yeni vəkil təyin edir. Məhz bu səbəbdən də Ermənistan cəmiyyətini bir neçə məqam düşündürür və bu ölkəyə məxsus mətbuat səhifələri də bu barədə yazır.
Sözügedən erməni saytı yazır ki, Ermənistan-Britaniya münasibətlərində nə baş verir? Həmin sayt həmçinin, Brexitdən sonra Ermənistan-İngiltərə münasibətlərinin necə inkişaf edəcəyini yazır. Saytda, niyə Qoqbaşyan səfir olmadı sualı qoyulur.
Göründüyü kimi, Mnasakanyan Londona getsə də ermənilər çox narahatçıləq keçirir. Ümumiyyətlə, Ermənistan ictimaiyyəti, eləcə də Paşinyan hakimiyyəti Ermənistan-Britaniya münasibətlərindən çox narahatdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə