"Həmsədrlər Ermənistan tərəfini substantiv danışıqlara gətirməlidir" ÖZƏL-MÜNASİBƏT

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri davam edir. Baxmayaraq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi çox böyük çətinliklərlə davam edir hesab edirəm ki, həmsədrlər bu prosesdə irəliləyiş etmək əzmindədirlər və buna cəhdlər göstərilir. Bu mənada biz onların fəallığını müşahidə edirik". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.

"Digər tərəfdən Azərbaycan Xarici İşlər Nazirliyinin də açıqlaması onu göstərir ki, Azərbaycan tərəfi danışıqlar prosesindən qane ola bilməz. Çünki hazırda biz heç bir nailiyyətlərdən danışa bilmərik. Vəziyyət olduqca acınacaqlıdır. Belə olanda həmsədrlərin regiona sadəcə gəlib-getməsi ilə bağlı mənzərə ortaya çıxır. Bu ümumi vəziyyətə heç bir təsir göstərmir. Əlbəttə ki, bu fonda hərbi aktivlik müşahidə olunur. Ermənistan tərəfinin məsuliyyətsiz çıxışları bu məsələdə məsuliyyətsiz və destruktiv rol oynayır. Belə olan halda gözləntilər də olduqca çox aşağıdır. Nəinki ictimaiyyət tərəfindən, elə rəsmilər tərəfindən də gözləntilər aşağı səviyyədədir. Biz indiyədək maksimum səylər göstərmişik ki, cəbhədə vəziyyət sabit olaraq qalsın. Amma vəziyyət dəyişməsə yaxın aylarda, vaxtlarda gərginliyin olması istisna olunmur. Düşünürəm ki, həmsədrlər bu gərginliyin qarşısını almaq tərəfləri sülhə yox, daha çox Ermənistan tərəfini substantiv danışıqlara gətirməlidir"-deyə, politoloq fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə