Rauf Sultanovdan şok açıqlamalar gəlməyə davam edir! II AUDİOYAZI

Həbsdəki jurnalist faktları açır: “Corc Soros artıq Əli Kərimlini “nakazat” eləyib”

“Səs” qəzetinin və eyniadlı İnformasiya Agentliyinin (SİA) redaksiyasına watsapp vasitəsi ilə audioyazı daxil olub. Audioyazının müəllifi Penitensiar xidmətin 17 saylı cəzaçəkmə müəssisəsində məhkəmənin qərarı ilə həbs cəzası çəkən jurnalist Raif Sultanovdur. Qeyd edək ki, təqdim etdiyimiz ikinci audioyazı iyunun 25-də yayımladığımız səs yazısının davamıdır. İlk səs yazısına isə bu linkdən qulaq asa bilərsiniz.

http://sia.az/az/news/politics/747124.html

Xatırladaq ki, AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli və qurumun koordinasiya şurasının üzvü Gültəkin Hacıbəyli, həmçinin özlərini hüquq müdafiəçisi adlandıran bir sıra şəxslər Rauf Sultanovu “vicdan məhbusu” kimi təqdim edərək, onun üzərindən qrantlar almağa çalışırlar. Lakin jurnalist bu təklifləri rədd etdiyini desə də, həmin şəxslərin müxtəlif vasitələrlə ondan əl çəkmədiklərini deyir. O, Azərbaycan dövlətinin qanunlarına sığındığını bildirərək, adları çəkilən şəxsləri rədd etdiyini bəyan edir.

AXCP sədri hər dəfə şablon çıxışları ilə Azərbaycan xalqını, həmçinin maliyyələşdirildiyi təşkilatları aldadıb

Rauf Sultanov ikinci səs yazısında qeyd edir ki, AXCP sədri Əli Kərimlinin və onun ətrafının ABŞ-da fəaliyyət göstərən bir sıra təşkilatları tərəfindən maliyyələşməsi həyata keçirilir. Onun sözlərinə görə, artıq bir həftə bundan öncə həmin dairələr AXCP sədrinə verdikləri ianəni kəsiblər: “Təbii ki, bu Azərbaycanı sevən hər bir vətənsevər üçün sevincli bir haldır, artıq həmin maliyyələşdirən tərəflər Əli Kəriminin kim olduğunu anlayıblar. Ümumiyyətlə, ABŞ-da yaşayan bir çox azərbaycanlılarımız və dövlətçilik istiqamətində fəaliyyət göstərən mərkəzlər var, onlardan Mehriban Məmmədovanı, doğma bacım Aynur Sultan Gülışığı, ailə üzvlərimi və sairlərini göstərə bilərəm ki, onların mənə çatdırdıqlarını sizə bildirirəm”.

“Əziz xalqım, Əli Kərimli dəfələrlə söyləyib ki, onun ABŞ-da dostları və əlaqələri var. İnanın ki, hər biri yalandır. Onu maliyyələşdirən Corc Soros artıq Əli Kərimlini “nakazat” eləyib”, deyə qeyd edən Rauf Sultanov əlavə edib ki, AXCP sədri hər dəfə şablon çıxışları ilə Azərbaycan xalqını, həmçinin maliyyələşdirildiyi təşkilatları aldadıb: “O hər zaman nümayiş etdirməyə çalışıb ki, işləyir, aldığı təlimatları yerinə yetirir və guya Azərbaycan hökuməti onun fəaliyyətinə mane olur, mitinqlərinə icazə vermir və s. Bütün bunların yalan olduğunu həmin dairələr artıq başa düşürlər. Çünki bu gün Azərbaycan beynəlxalq arenada söz sahiblərindən biridir və ölkə başçısının düşünülmüş, uzaqgörən siyasətinin nəticəsidir ki, ölkəmiz ən mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Gəlin səmimi olaq və səmimi danışaq. Bir vətəndaş bir toya 300 şəxsi dəvət etmək üçün min cür əziyyətdən keçir. Siz təsəvvür edin ki, Azərbaycanda ardıcıl və böyük tədbirlər həyata keçirilir. Bundan başqa, Azərbaycanda superdövlətlərin baş hərbi qərargah rəisləri görüşür, misal üçün ABŞ və Rusiyanın. Bu nə deməkdir? Bu onu göstərir ki, Azərbaycan sabit, dinamik inkişaf edən bir ölkədir. Xüsusilə, Azərbaycan Prezidenti heç bir ölkənin diktəsi ilə oturub-durmur, müstəqil siyasət aparır. Bu gün ölkə başçısı məhz xalqın rifahı üçün əzmlə çalışır”.

“Əli Kərimli yüz minlərlə pulu Azərbaycana keçirir”

“Lakin Əli Kərimli xarici dairələrdən maliyyələşir və ölkəmiz əleyhinə fəaliyyət göstərən təşkilatların diktəsini həyata keçirmək məqsədini güdür”, deyə qeyd edən həbsdəki jurnalistə görə, həmin məqsəd fiaskoya uğrayıb, reallaşmır: “Çünki bir daha qeyd edirəm ki, Əli Kərimlinin bel söykədiyi həmin dairələr onun onları aldatdığını bilirlər. Yüz minlərlə pulu AXCP sədri Azərbaycana keçirir – şirkət və s. adları ilə. Lakin ar olsun həmin şirkətlərə ki, onların hər biri haqda məlumatım var. Onlar pulları ölkəyə hansı vasitələrlə gətirirlərsə, onu da bilirəm. Bu məsələləri gələcək audioyazılarımda da bildirəcəyəm. Ümumiyyətlə, Əli Kərimli yaxşı bilir ki, mən onun bütün kartlarını bilməklə yanaşı, onun həyata keçirmək istədiyi niyyətini, kimlərdən maliyyələşdiyini, istər ölkə xaricində, istər ölkə daxilində bilirəm. Bu gün xaricdə fəaliyyət göstərən bəzi gənclər var ki, onlar Əli Kərimli tərəfindən aldadılıblar və onlara da səslənərək deyirəm ki, ziyanlı yoldan geri dönsünlər. Onlar doğru yolla getmirlər. Çünki bir gün gələcək və hər kəs öz səhv əməlinə görə utanacaq. Nəyə görə? Çünki onu dəstəkləmək üçün öncə onun fəaliyyətinə baxmaq lazımdır. Bir görsünlər ki, onun istədiyi nədir? Onun istəyi birdir - hakimiyyətə gəlib, bu xalqın qanını sorsun! Onun bundan başqa istəyi yoxdur. Mən cəsarət edib bütün Azərbaycan xalqına sual edirəm – Cənab Prezident İlham Əliyevin xalqımıza verə bilmədiyi nədir ki, Əli Kərimli hakimiyyətə gələrək, onu bizə verəcək? Məhz bu sualın üstündə dayanmaq lazımdır. Əgər əmək haqlarını və pensiyaları qaldıracaqsa, mən I qrup əlil olaraq 300 AZN pensiyamı alıram. Əgər dinamik inkişafdan danışılırsa, bu inkişaf var, sabitlik deyilirsə, bu da var. Bəs bunların istəyi nədir? Əslində onların özləri də bilmir”.

“Bu gün qanında azərbaycanlı qanı axan kəs istəyir lap kosmosda olsun, öz Vətəninin, dövlətinin, millətinin maraqlarını müdafiə etməlidir”

“Corc Soros da ağılsız adam deyil. Əgər o milyonçudursa, demək ağlı var ki, milyonçudur”, bildirən Rauf Sultanov hesab edir ki, o pulu Əli Kərimli kimi tulaya elə-belə vermir və verəndə də xətri xoş olsun deyə vermir: “Əli Kərimli yaxşı bilir ki, artıq siyasi səhnədən getməyin tam vaxtıdır. O xaricdən maliyyələşdikcə, özünü daha çox çirkaba batırır. Bu gün AXCP sədri kimlərisə aldada bilər, kimlərəsə yalan danışa bilər, kimlərəsə həqiqəti əks etdirməyən sözləri deyə bilər. Şəxsən mənim Amerikada ailəm yaşayır və onlar ABŞ-da Azərbaycanın maraqlarını qoruyan şəxslərdirlər. Onlar bütün proseslərə diqqətlə və yaxından izləyirlər və Əli Kərimliyə dəstək verənləri də çox yaxşı tanıyırlar. Bu gün qanında azərbaycanlı qanı axan kəs istəyir lap kosmosda olsun, öz Vətəninin, dövlətinin, millətinin maraqlarını müdafiə etməlidir. Biz hər birimiz azərbaycanlı olaraq, öz dövlətimizi, Vətənimizi qorumalıyıq. İnanın ki, bizim inkişaf və tərəqqimizi bir çox dairələr istəmir. Biz hamılıqla birləşib, əl-ələ verib öz inkişafımızı dəstəkləməli, problemlərimizi həll etməliyik. Amma Əli Kərimli kimi tulalara, Gültəkin Hacıbəyli, Cəmil Həsənli küçə uşaqlarına inanmaq doğru seçim deyil. Onlar yalnız Azərbaycan xalqının və dövlətinin məhvə sürüklənməsini istəyən şəxslərdir ”.

Mövzunu davam etdirəcəyik.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...