Tanınmış jurnalist Əli Kərimlini debata çağırdı Hünəri varsa, gəlsin!

Tanınmış jurnalist, parlamentin keçmiş deputatı Etibar Hüseynov, AXCP sədri Əli Kərimlini debata çağırıb. SİA xəbər verir ki, Facebook sosial şəbəkəsi vasitəsi ilə Əli Kərimliyə səslənən jurnalist, çağırışına cavabın verilməyəcəyi halda, qarşı tərəfi qorxaqlıqda ittiham edəcəyini yazıb: “Əli Kərimlinin yerli və Avropadakı mirzələrinə üz tuturam. “liderinizlə” canlı yayımda debata çıxmaq istəyirəm. Təşkil edin. Hünəri varsa gəlsin”.

Keçmiş millət vəkili 1990-cı ilin 20 yanvar hadisələrində günahları olan və hazırda özlərini müxalifətdə siyasətçi hesab edənləri də ittiham atəşinə tutub. “90-cı ilin 20 yanvarında aradan çıxıb əkilənlər, dünən xiyabanda əklil qoymaq üçün davaya çıxmışdı”, deyə qeyd edən Etibar Hüseynov Əli Kərimlinin həmin vaxtlarda da qorxaqlıq nümayiş etdirdiyini xatırladıb: “Bu neçə ildə həmin yanvar gecəsi Elçibəyin də, İsanın da, Rəhimin də harada olması açıqlanıb. Amma 20 yanvar gecəsi və sonrakı günlər bu Əli Kərimlinin harada olmasını hələ də axtarıb-tapa bilmirlər. Zalım oğlu qorxusundan necə gizlənibmişsə, deyəsən öz yadından da çıxıb...”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə