Bəhruz Quliyev: “Yaşayaq, yaradaq və davamlı inkişaf edək” TƏBRİK+FOTOLAR

“Səs” qəzetinin işıq üzü görməsinin 28 ilinin tamam olması münasibəti ilə Baş redaktor Bəhruz Quliyev redaksiya əməkdaşlarını təbrik edib. SİA xəbər verir ki, təbrikində qəzetin keçdiyi şərəfli yoldan və bir sıra tarixi aspektlərdən danışan Bəhruz Quliyev “Səs” qəzetinin ölkəmizin müstəqilliyinin qorunmasında və Ulu Öndər Heydər Əliyev ideologiyasına dönməz əqidə ilə xidmət etməsində böyük tarixi rolunu qeyd edib. Bildirib ki, bu mətbu orqanda fəaliyyət göstərmiş, hazırda çalışan jurnalistlərin hər biri öz işlərindən tükənməz qürur hissləri keçirirlər: “Səs” qəzeti Azərbaycan mətbuatının mübarizlik rəmzi olaraq, yarandığı vaxtlarda müxalifət mətbu orqanı kimi işıq üzü görüb və bütün bunlara rəğmən, ona edilən hücum və təhdidlərə sinə gərərək, Azərbaycanın müstəqilliyinin qorunmasında, müdafiəsində əvəzsiz töhfələrini verib”.

“Zamanında Ulu Öndər Heydər Əliyev “Səs” qəzetinə böyük qiymət vermişdir və bu gün Onun yolunu uğurla davam etdirən siyasi varisi cənab İlham Əliyev də “Səs” qəzetini müstəqil və demokratik mətbuat nümunəsinə çevrildiyini vurğulayıb”, deyə xatırladan baş redaktor bildirib ki, bu əqidə və qətiyyət məktəbi hər kəsə örnəkdir, eləcə də müstəqil, müasir Azərbaycan mətbuatının flaqmanlarındandır: “Bu gün bizim 28 yaşımız tama olur. Arzu edirəm ki, qəzetin ömrü uzun olsun, qəzetimizin daha böyük ildönümlərini birgə keçirək, yaşayaq, yaradaq və davamlı inkişaf edək”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə