Strasburq terrorunun daha bir qurbanı

Ötən həftənin çərşənbə axşamı Strasburqda baş vermiş terror aktı nəticəsində yaralanmış daha bir nəfər həyatını itirib. SİA xəbər verir ki, ölən şəəxs, Polşa mənşəli Strasburq sakinidir.

Şərif Şekat tərəfindən həyata keçirlmiş terror aksiyası nəticəsində yaralananlardan xəstəxanalarda 11 nəfər şəxs qalmaqdadır. Həkimlərin bildirdiklərinə görə, onların əksəriyyətinin vəziyyəti çox ağır kimi qiymətləndirilir.

Xatırladaq ki, terrorçu polis tərəfindən tapılaraq məhv edilib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə