Elşən Musayev: “Ermənistan rəhbərliyi öz xislətinin qurbanı olub” MÖVQE

“Ümumiyyətlə bu gün Ermənistan rəhbərliyi öz xislətinin qurbanı olub. Bu vaxta qədər hansı yarıtmaz siyasət həyata keçiriblərsə, bu gün də həmin o siyasətin cavabını alırlar”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, Ermənistan rəhbərinin özündən başqa hamı bu proseslərin belə olacağını görürdü və düşünürdü: “Hətta “ağıllı” tərpənib idarəçilik sistemini belə dəyişdilər. Əsas hakimiyyət resurslarını baş nazirin səlahiyyətinə verdilər. Əslində bir oyun oynadılar. Bu oyun çox təəssüf ki, özünü demokratik adlandıran dünyanın böyük ölkələri tərəfindən razılaşdırıldı. Amma onlar bircə xalqı hesablaya bilmədilər. Ona görə də bunun cəzasını və əziyyətini çəkirlər. Bu gün regionda bir çox ölkələrdə seçkilər keçirilib. O seçkilərin ən ədalətlisi Azərbaycandadır. Amma fikir verirsinizsə Azərbaycanla bağlı hər cəhddən həmin o dünyanın hegemon dövlətləri ABŞ daxil bir ajiotaj yaratmağa çalışırlar. Düzdür real bəyanat yoxdur və xüsusi fikir bildirməyiblər amma dolayı yolla da olsa öz sözlərini deyirlər. Bu gün dağılan, az qala çökən, bütün strateji obyektləri xalqın mühasirəsində olan Ermənistan haqqında loyal danışırlar. Sanki orada heç nə yoxdur.

Madam ki, demokratiya və azad seçkidir gedib birinci növbədə Ermənistan rəhbərliyini ifşa etməlidirlər ki, niyə xalqla belə davranırsınız. Onların bütün seçkiləri belə olub. Bütün dünya onların müxtəlif seçkilərdə xalqı gülləbaran etmələrini, açıq şəkildə müxalifət liderlərinin qətlini görüblər. Ona görə biz dünyanın ədalətli olmadığını görürük. Ermənistan Azərbaycan dövlətinin, xalqının qarşısında etdiyi bütün günahların bədəllərini ödəyəcəklər. Zaman gələcək bizim o əzəli torpaqlarımız özümüzə qayıdacaq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə