Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vatikana səfər edəcək. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, səfər fevralın 5-i Roma Papası I Fransiskin dəvəti ilə baş tutacaq.

Qeyd edək ki, Ərdoğan 59 il sonra Vatikana səfər etmiş ilk Türkiyə prezidenti olacaq. Səfər çərçivəsində Roma Papası ilə keçirilən görüşdə əsas müzakirə mövzusu ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarı olacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə