Şahzadə toydan sonra bu evdə yaşayacaq

Şahzadə Harri və nişanlısı Meqan Çarkl toydan sonra yaşayacaqları evin hazırlıqlarına başlayıblar. Xarici KİV-lərin yazdığına görə, cütlüyün toyu mayın 19-da keçiriləcək. Hazırda onlar Kral Srayının yaxınlığında yerləşən kiçik bir evdə qalırlar.

Rəsmi nikahdan sonra isə Harri və Meqan böyük evə köçəcək. Harri evin təmiri ilə özü məşğul olub. Evi ətrafına isə çoxlu ağaclar əkilib. Buna səbəb isə cütlüyün kənar baxışlardan qorunmağa çalışmasıdır. Harri və Meqanın evinin yaxınlığında şahzadə Uilyam və Keyt Middlton yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə