Bu quş Finlandiyada "qara siyahıya" düşüb

Finlandiya Kənd və Meşə Təsərrüfatı Nazirliyi dolaşanın mühafizə olunan quşlar siyahısından çıxarılıb ovlanmasına icazə verilən növlərin siyahısına salınmasını təklif edir. Nazirliyin mətbuat üçün məlumatında deyilir ki, 2000-ci illərdə dolaşaların populyasiyası xeyli çoxalıb. Bu quşların vurduğu ziyan da nəzərəçarpacaq dərəcədə artıb. Dolaşaların ucbatından xeyli kompensasiya ödəmək lazım gəlir.

Nazirliyin məlumatına görə, dolaşalar məhsula ziyan vurur, ot bağlamalarını dağıdır, bacalarda yuva qurur, infeksiya mənbəyi olan peyini ilə ətraf mühiti çirkləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...