12 yaşından evlənənə qədər "selfie" çəkdi FOTOLAR

Huqo Korneller adlı bir gənc oğlan 12 yaşından evləndiyi günə qədər hər gün "selfie" çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, 12 yaşındaykən məşhur fotoqraf Noah Kalinanın öz fotoları ilə zamanın axışını göstərməsi ilə bağlı videodan təsirlənən Hugo eyni hərəkəti təkrar etməyə başlayıb. 2500 şəkildən ibarət video çarx hazırlayan Kornellerin işi böyük marağa səbəb olub. 2008-ci ildən çəkimlərə başlayan Huqonin son şəkli cari ilin avqust ayında baş tutan toyunda yekunlaşıb. Şəkillərin ardıcıllığına diqqət etdikdə zamanın insanı nə qədər dəyişdirdiyini görmək mümkündür. Oxucularımıza həmin şəkillərdən bir neçəsini təqdim edirik:

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə