Stress və hərəkətsizlik, işgüzar xanımın düşmənidir

Stressə bağlı saç tökülmələri, üzdə və bədəndə müxtəlif allergik reaksiyalar, qırmızı üz, səpgi, dəri problemləri, balanssız və pis bəslənmədən qaynaqlı selülit, regional yağlanma və həddindən artıq kilo alma, üzdə qırışıqlıq və səpgi problemləri, dırnaqlarda rəng dəyişikliyi və qırılmalar, uzun müddət səhv ayaqqabı istifadəsi və havasızlıqdan qaynaqlanan göbələk, döyənək, topuq tikanı kimi narahatlıqlar ən sıx görülən dermatoloji problemlərdir. Bədəndəki bir çox xəstəliyin səbəbi stress, bədbəxtlik, narahatlıqdan irəli gəlir. Dermatoloji problemlər əgər genetik və ya digər səbəblərə söykənirsə, stressdən irəli gəlirsə stress şərtləri ortadan qalxmadan narahatlıq da özünü tətbiq olunan müalicələrə baxmayaraq yenilənmə riski daşıyar.

Çalışan qadınların iş stressindən başqa gözəl baxımlı görünmək üçün etdikləri tətbiqlər də sağlamlıqları baxımından zərər verici ola bilər. Davamlı tonal krem və pudra kimi vəsaitlərlə makiyaj etmək dərinin hava almasına mane olar, qara nöqtələrin meydana gəlməsinə və dəridə məsamələrin genişləyib diqqətə çarpmasına yol açar. Ayrıca səpgi və allergiyayada səbəb ola bilər.

Saçlara edilən fen, maşa, boya, refle kimi tətbiqlər davamlı edildikcə saçın keyfiyyətin zəifləyər, tökülmələr və qırıqlar artar, saç canlılığını itirər.

Dırnaqlara davamlı lak sürtmək; dırnaqların hava almasına maneə törədərək saralmalarına gətirib çıxarar, dırnaq keyfiyyətini itirər.

Stress deyilsə də hərəkətsizliylə bağlı problemlər arasında ən sıx görünən varis və ayaq damar narahatlıqlarıdır. Varis yalnız qadın xəstəliyi olaraq bilinsə də, xüsusilə ayaqda çalışan insanlarda ən çox görülən peşə xəstəliyidir. Damarlar diqqətə çarpar, qalınlaşar. Başda görünüş olmaqla yanaşı qan dövranın zəifləməsi baxımından da narahat edicidir.

Nələr edə bilərsiniz?

Mükəmməl və müvəffəqiyyətli olmaq arzusu bir çox qadınları stressli və bədbəxt edir. Yaxşı ana, yoldaş, bacarıqlı evdar qadın və müvəffəqiyyətli iş qadını şapkalarını bir yerdə daşımaq istəyən qadınlarda qayğı səviyyəsi və çatışmazlıq duyğusu yüksəlir, bir çox narahatlıq da burada dövrəyə girir. Həyatınızda mükəmməllik duyğusundan imtina etmək və özünüzə zaman ayırmaq, stressinizi və bir sözlə stressdən qaynaqlı narahatlıqlarınızı azaldacaq.

Sağlam bir həftə sonu və gümrah bir bazar ertəsi üçün cümə axşamı e-mailinizi bağlayırsınız. Beləcə istirahət etmiş bir beyin və gümrah bir bədən ilə hər cür problemin öhdəsindən çox daha asan gələcəksiniz.

Nə qədər çalışırsınız çalışın iş qutarmaz, siz tükənərsiniz. Onun üçün əvvəlcədən saatlı fəaliyyətlər nizamlayın ki, axşamları məqbul saatlarda işdən çıxmağa alışın. Bu fəaliyyətlər sizə zaman qazandırdığı kimi beyninizin də istirahət etməsinə köməkçi olacaq.
İşə getməzdən əvvəl mümkün olduğu qədər sevdiyiniz insanlar ilə nahar etməyə çalışın və ya günorta arasında mütləq bir fincan çay, qəhvə yoldaşlığında söhbət edin amma işlə əlaqədar olmasın. Beləcə səhər və ya günorta arası üçün özünüzə zaman ayırmış olacaqsınız.

Bütün xəbərlər Facebook səhifəmizdə