Klassik musiqi sağalma prosesini sürətləndirir

Amerika cərrahlarının fikrincə, klassik musiqinin müşayiəti ilə aparılan əməliyyat xəstələrə müsbət təsir göstərir və onlar əməliyyatdan sonra özlərinə tez gəlir, sürətlə sağalırlar. Onlar əsasən Mosart, Bethoven, Vivaldi və Bax kimi bəstəkarların musiqisindən istifadə ediblər. Bundan əlavə, lirik nəğmə pərəstişkarları əməliyyat zamanı üçün Frenk Sinatranı dinləməyə üstünlük veriblər.

Həkimlər bildiriblər ki, hər bir cərrahiyyə əməliyyatı xəstə üçün stresdir. Odur ki, onların bu kəşfi cərrahiyyə sahəsində əhəmiyyətli rol oynayacaqdır, çünki ağrıya daha dözümlü olan sakit və rahat xəstələr tez də sağalırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə