Mərkəzi Gömrük Hospitalının konfransını Facebook səhifəsi üzərindən izləyin.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə 14 dekabr 2019-cu il tarixində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Anadangəlmə ürək-damar xəstəliklərinin müalicəsində müasir yanaşmalar” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransı Mərkəzi Gömrük Hospitalının Facebook səhifəsi üzərindən saat 09.30-dan etibarən (https://www.facebook.com/customshospital/) izləyin.

Beynəlxalq konfransda anadangəlmə ürək-damar xəstəliklərinin diaqnostikası, müasir müalicə üsulları və metodları, bu xəstəliklərin profilaktikasında müasir yanaşmalar müzakirə olunacaq. Konfransda yerli mütəxəssislərlə yanaşı Türkiyə, Almaniya, İran və İtaliyanın nüfuzlu tibbi ekspertləri də iştirak edəcəklər.

Dörd paneldən ibarət olan konfransda “Anadangəlmə ürək qüsurları, genetika, skrininq və ümumi baxış”, “Yenidoğulmuşlarda təcili vəziyyətlərdə nə etməli?”, “Anadangəlmə ürək qüsurlarında xüsusi vəziyyətlər: vaksinasiya və reabilitasiya” və “Mitral və aortal qapaqların müalicəsində innovativ yeniliklər” mövzularında çıxışlar olacaq və interaktiv diskussiyalar aparılacaq.
Konfrans haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://customshospital.az/anadangelme-urek-damar-xestelik…/.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən mütəmadi olaraq təşkil olunan elmi-praktik konfransların keçirilməsinin əsas məqsədi yerli və beynəlxalq tibb ictimaiyyətinin mütəxəssislərini bir araya gətirməklə, ölkə səhiyyəsində yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətlərin diqqətə çatdırılması və təcrübə mübadiləsinin aparılmasıdır.

Müəllif: Zakir Rəhimli

Bütün xəbərlər Facebook səhifəmizdə