Cərrah-transplantoloq Dr. Mircəlal Kazımi canlı yayımda sualları cavablandıracaq

Mərkəzi Gömrük Hospitalının uzman cərrah-transplantoloqu Dr. Mircəlal Kazımi 12 oktyabr 2019-cu il tarixində saat 12.00-da canlı yayımda “Orqan transplantasiyası” mövzusunda sualları cavablandıracaq. Sualları canlı yayım vaxtı və yaxud öncədən facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Canlı yayım oktyabrın 12-də saat 12:00-da Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən təşkil olunacaq (https://www.facebook.com/customshospital/). Canlı yayım barədə əlavə məlumat üçün facebook səhifəsinə yaza və ya (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Xatırladaq ki, Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qara ciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 750-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr.Mircəlal Kazımi tərəfindən icra edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...