Həkimlər: Vanna qəbul etmək ziyanlıdır

Rusiya Səhiyyə departamentinin rəsmisi Vasiliy Frolovun sözlərinə əsasən, uzun müddət ərzində isti su vannaları qəbul etmək, tez-tez başı yumaq və gündəlik olaraq hamam lifindən istifadə etmək - insan üçün ziyanlıdır.

Frolov bildirib ki, gündəlik hamamlanmaq üçün duş kifayətdir, lakin gündəlik olaraq lifdən istifadə etmək, mikro zədələr nəticəsində dərinin quruluğuna səbəb olduğu üçün məsləhət görülmür. "40 dərəcəli isti su vannasını 5 dəqiqədən artıq, 35 dərəcəli su vannasını isə 15 dəqiqədən artıq qəbul etmək məsləhət deyil", - deyə o, bildirmişdir.

Həkim bu məsləhətlərini ürək və qan damarlarına, eləcə də dəri üzərində mənfi təsirlərin artırırması ilə izah edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...