Alimlər xərçəng xəstəliyi ilə bağlı daha bir uğura imza atıblar

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin "Arktika” Elmi Mərkəzinin ekspertləri əmindirlər ki, baş beyinin ritmik fəaliyyətinin innovativ qeydiyyat cihazı Rusiyada onkoloji xəstəliklərdən ölüm hallarını azaltmağa imkan verəcək.

"Vistanews” saytı xəbər verir ki, unikal qeydiyyat cihazı iki ədəd hazırlanıb. Onların birindən Vladivostok alimləri, digərindən isə Maqadan mütəxəssisləri istifadə edirlər. Baş beyinin ritmik fəaliyyətini müşahidə edən həkimlər insan bədənindəki hər hansı orqanın xərçəngə tutulmasını 90 faiz dəqiqliklə diaqnozlaşdıra bilirlər. Mərkəzin alimləri bildiriblər ki, gələcəkdə bu cihaz onkoloqlarla yanaşı, ginekoloq, endokrinoloq, kardioloq, oftalmoloq və qastroenteroloqların da işini asanlaşdıracaq.

Alimlərin fikrincə, tibb elmində xərçəngin diaqnostikası sahəsində bu cihaz qədər dəqiq vasitə olmayıb. Bu səbəbdən beynəlxalq ekspertlər, xüsusilə çinlilər Maqadan mütəxəssislərinin ixtirası ilə maraqlanırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...