Pediatrdan məsləhət: "Uşaqları həddən artıq təmiz saxlamaq zərərlidir"

Uşaqları həddən artıq təmiz saxlamaq onlar üçün faydalı yox, əksinə, zərərlidir. Axar.az xəbər verir ki, bu sözləri uşaq pediatrı Altay Abdullaoğlu bildirib. Pediatrın sözlərinə görə, uşaqları tez-tez spirtləmək heç də faydalı deyil: “Uşaqların əllərini tez-tez dezinfektorlarla yumaq, spirtləmək çox da yaxşı deyil. Uşaqların sağlamlığı üçün zərərlidir. Belə uşaqlar daha allergik olur, tez-tez xəstələnirlər”.

Həkim bildirib ki, çirkli qalmaq uşaqların daha az xəstələnməsinə səbəb olur: “Xüsusilə heyvanların və s. saxlanıldığı rayon mühitində uşaqları bir balaca çirkli saxlamaq, hər dəfə əli dezinfektorla yumamaq, dezinfektorlardan həddindən artıq istifadə etməmək lazımdır. Uşaqların bir az çirkli, mikroblu olması, hətta qurdlu olması, məsələn, yüngül qurdların olması, onların daha az xəstələnməsinə, müqavimətlərinin daha güclü olmasına və allergik xəstəliklərin daha az olmasına səbəb olur”.

Bütün xəbərlər Facebook səhifəmizdə