Yağlı yeməyin orqanizmə necə ziyan vurduğu barədə ŞOK faktlar...

Palma yağı və heyvani yağlar kimi “zərərli yağlar” hüceyrə membranlarını dağıdaraq onları məhv edir. Kolumbiya Universitetinin alimləri yeni mikroskopiya metodunun köməyi ilə doymuş yağ turşuları hüceyrələr tərəfindən udulandan sonra onların orqanizmə təsirini müşahidə ediblər. “RİA Novosti” agentliyinin saytında yer alan xəbərə görə, mütəxəssislər hidrogen atomlarını ağır hidrogen izotopu (2H deuterium) ilə əvəzləyiblər, amma birləşmənin kimyəvi xassələrini dəyişməyiblər. Ona görə də turşuları müşahidə etmək daha asan olub.

Məlum olub ki, doymuş yağ turşuları plazma membranının tərkibinə qoşulur, orada bərkimiş sahələr yaradır və onun elastikliyini pozur. Hüceyrə belə birləşməni həddindən çox udanda, öz təbii xassələrini itirir və dağılır.

Tədqiqatçılar bunu da müəyyənləşdiriblər ki, balığın, bitki yağlarının və qozun tərkibindəki yarımdoymuş yağ turşuları, əksinə, “zərərli yağlar”ı zərərsizləşdirir, lipid düyünlərinin əriməsinə kömək edir.

Bütün xəbərlər Facebook səhifəmizdə