Lənkəranda regional kardiovaskulyar simpozium keçirilib

Lənkəran şəhərində Səhiyyə Nazirliyi və Bakı Ürək Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ürək-damar sistemi xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsində yeniliklər” mövzusunda regional kardiovaskulyar simpozium keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyası və Bakı Ürək Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov bildirib ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də uğurlu inkişaf müşahidə olunur.

R.Mahmudov çıxışında təcili vəziyyətlərdə ürək infarktı zamanı insanlara lazım olan xidmətin qısa müddət ərzində təşkili, qəfləti ürək ölümü, səyrici aritmiyanın diaqnostikası və müalicəsi, bayılma, ürəyin xronik işemik xəstəliyi, intervensiya tələb edən kliniki hadisələr və ürək-damar sistemi xəstəlikləri ilə bağlı digər mövzulardan danışıb.

Simpoziumda Bakı Ürək Mərkəzinin kardiocərrahı Şahin Xəlilovun “Kəskin miokard infarktı zamanı ilkin angioplastika, hiperteniya xəstəliyi-səsiz qatil”, Mərkəzin həkimləri Mədinə Yüzbaşovanın “Anadangəlmə ürək-damar xəstəliklərinə ümumi baxış”, Ağakişi Yəhyayevin “Endovaskulyar intervesiyalar”, Xəyyam Eyvazovun “Ürək-damar xəstəlikləri və diabet” mövzusunda çıxışları dinlənilib.

Qeyd olunub ki, belə tədbirlərin ölkəmizin digər bölgələrində də keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə