Mate çayı ağ ciyər xəstəliklərinin qarşısını alır

Argentina, Braziliya, Paraqvay və Uruqvay alimlərinin birgə araşdırmaları nəticəsində mate çayının onkoloji və ciyər xəstəliklərinin qarşısını aldığı üzə çıxıb. Məlum olub ki, mate çayı həm də maddələr mübadiləsini yaxşılaşdırır. Alimlərin fikrincə, müntəzəm olaraq mate çayı içmək maddələr mübadiləsində xoşagəlməz dəyişiklikləri minimuma endirir, piylənmə, hipertoniya, şəkər və ürək-damar xəstəlikləri riskini xeyli azaldır.

İşdə və ya istirahət edərkəndə, qapalı məkanda, yaxud təmiz havada mate çayı içmək Cənubi Amerika mədəniyyətinin ayrılmaz hissəsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə