Ağcabədidə biçilməmiş taxıl sahəsi yanıb

Ağcabədidə yanğın qeydə alınıb. FHN-dən SİA-ya verilən məlumata görə, Ağcabədi rayonunda 5 ha biçilməmiş taxıl sahəsi, 145 ha sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə