Sabunçu rayonundakı yanğında bir qadın həlak olub

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb. Yüksək temperaturdan 1 otağının lambirindən ibarət tavanı 30 m² sahədə əriyib.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1942-ci il təvəllüdlü Bağırova Rübabə Cəbrayıl qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...