Qaradağ rayonunda mikroavtobus yanıb

Qaradağ rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, hadisə “Ford” markalı mikroavtobusda qeydə alınıb. Nəticədə mikroavtobusun mühərrik hissəsi yanıb, qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə