Bülbülədə 40 min manatlıq qadın ayaqqabıları oğurlanıb

Bülbülədə anbardan 40 min manatlıq qadın ayaqqabıları oğurlanıb.

Daxili İşlər Nazirlyi Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 13-də Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevral ayının 10-dan mayın 13-dək olan müddətdə qəsəbə ərazisindəki anbarından divar sökülməklə 40.000 manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...