Cənubi Koreyada 4.3 bal gücündə zəlzələ olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeraltı təkan Tonhe şəhəri şəhərindən 54 km şimal-şərqdə dənizdə və 32 km dərinlikdə qeydə alınıb.

Zəlzələ 210 km aralıda yerləşən Çunçon şəhərinin sakinləri tərəfindən də hiss olunub. Məlumata görə, zəlzələ başlanandan 90 dəqiqə sonra xilasetmə xidmətinə 119 zəng daxil olub.

Təbiət hadisəsindən ziyan çəkənlərin olmadığı deyilir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə