Yunanıstanın paytaxtı Afinada yerləşən SKAI televiziyasının binasına saatlı bomba ilə hücum edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hücum zamanı xəsarət alanlar olmasa da, televiziyaya maddi ziyan dəyib.

Hərəkətə keçən Yunan polisi TV-nin binasını boşaldıb, insanlar təxliyyə edilib. Partlayış nəticəsində ərazidə qısa müddətli çaxnaşma yaranıb. Bildirilib ki, ölkədə tez-tez solçular tərəfindən buna bənzər hadisələr baş verir.

Aysel Azad

Bütün xəbərlər Facebook səhifəmizdə