Ermənini dovşan zənn etdi və... İNSİDENT+AUDİO

Su 2112 resyi ilə Moskvadan Afinaya uçmağa hazırlaşan və “Aeroflot”a məxsus olan Boinq 737 avialayneri Şeremetyevo hava liminanın uçuş-eniş ərazisində adam vurub. SİA vesti.ru-ya istinadən xəbər verir ki, şəbəkələrdə pilotla dispetçerin danışığı yayılıb. Təyyarənin heyəti dispetçer xidməti ilə əlaqə saxlayaraq, laynerin çalışma sistemində hər hansı bir problemlərin olmadığını desə də, təcili yoxlama tədbirinin keçirilməsini tələb edib.

“Düşünürəm ki, dovşandır və onun təyyarəyə hər hansı bir xəsarət verə bilməsi mümkün deyil, uçuşa davam edirik”, deyə pilot bildirib.

Məlumatda bildirilir ki, ötən gün axşam saatlarında Ermənistan vətəndaşı Albert Yepremyan Madriddən Yerevana Moskva üzərindən çarter reysi ilə uçarkən, təyyarədə qarmaqarışıqlıq salıb. Şeremetyevdə onu hüquq-mühafizə orqanlarının əməkdaşları qarşılayıblar və Ermənistana uçacaq təyyarəyə doğru müşahidə ediblər. Lakin erməni sərnişin təyyarəyə minik üçün sərnişinləri daşıyan avtobusa minməkdən imtina edərək, piyada şəklində uçuş-eniş zolağına gedib və orada da təyyarənin altına düşüb. Həmin təyyarə isə Afinaya uğurlu eniş edib və ona keçirilən baxış zamanı şassilərində bioloji qalıqlar tapılıb.

“İnsidentdə iştirak edən təyyarə müvəqqəti olaraq, uçuşlardan kənarlaşdırılıb, fakt üzrə araşdırmalar aparılır”, məlumatda bildirilib.

Hadisə baş verən anda pilotla dispetçerin audioyazısını bu linkdən dinləyə bilərsiniz:

http://www.vesti.ru/doc.html?id=3085739

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...