Bakıda 1 otaqlı ev və ofis yanıb. FHN-dən SİA-ya verilən məlumata görə, Nəsimi rayonunda bir dam altında tikilmiş ümumi sahəsi 18 m² olan birotaqlı evin dəhlizinin tavanı 5 m² sahədə, ümumi sahəsi 35 m² olan ikiotaqlı evin yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb, ona bitişik ümumi sahəsi 40 m² olan iki otaqdan ibarət tikilinin (ofis kimi fəaliyyət göstərir) bir otağının lambirdən ibarət tavanı əriyib.

Evlərin, tikilinin qalan hissəsi və digər bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...