Bərdədə 600 kq at əti aşkarlanıb

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir. SİA-nın verdiyi məlumata görə, növbəti belə tədbir DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib.

Rayonun Qaradağlı kəndi ərazisindəki yardımçı tikilidən rayon sakinləri Alim Məmmədov və Teymur Bağırov tərəfindən kəsilmiş, çəkisi 600 kiloqram olan 3 baş at və kəsilməkdə olan 2 baş at aşkar edilib. Araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə