Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu

Axtarışda olan şəxs saxlanılaraq ölkəyə ekstradisiya olunub. Bu barədə SİA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılıb.

Ç.Qasımov Azərbaycana ekstradisiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə