Ötən həftə Bakı şəhəri üzrə 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın məlumatına görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər ölüb, 33 nəfər isə müxəlif xəsarətlər alıb.

Bölmə rəisinin sözlərinə görə, əvvəlki həftə ilə müqayisədə ötən həftə 4 yol qəzası, 1 ölüm faktı, 7 xəsarət azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə