Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 104 m2 olan ikimərtəbəli evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları qismən yanmışdır. SİA-nın FHN-ə istinadən verdiyi məlumata görə, yanğın zamanı 3 azyaşlı yanıq xəsarəti almışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın qısa zamanda yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə