Bakı şəhər sakinindən tapança və patron götürülüb

Bakı şəhər sakini Polad Zöhrabovdan tapança və 5 ədəd patron götürülüb. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, martın 11-də Bakı şəhər sakini Svetlana Zöhrabova Xətai RPİ-nin 34-cü Polis Bölməsinə ərizə ilə müraciət edib

Müraciətdə qadın qeyd edib ki, martın 10-da əri, əvvəllər məhkum olunmuş Poladın anası Zümrüd Paşayevanın yaşadığı evə gedərək tapança ilə onu hədələyib.

34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində P.Zöhrabov saxlanılıb, ondan tapança və 5 ədəd patron götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə