Afrində 1641 terrorçu məhv edilib

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində 1641 terrorçu məhv edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş qərərgahı məlumat yayıb.

Məlumata əsasən, son sutka ərzində keçirilən əməliyyatda İŞİD və PYD terror təşkilatının 27 üzvü məhv edilib. Həmçinin terrorçulara aid sığınacaq, mağara və silah-sursat anbarı olmaqla 15 hədəf məhv edilib.

Əməliyyat planlaşdırılmş şəkildə davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə