Kürəkən qayınanasını bıçaqlayıb

Samuxda bıçaqlanma hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, rayonun Sərkar kənd sakini 1945-ci il təvəllüdlü Pakizə Yusibova sol baldır nahiyəsinin bıçaq yaraları ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım göstərilən yaralının vəziyyətinin kafi olduğu bildirilib.

Qadının sözlərinə görə, o sərxoş kürəkəni tərəfindən bıçaqlanıb. Məlumata görə, P. Yusibovanın qızı iki ay əvvəl ata evinə qayıdıb. Bir neçə dəfə gəlib həyat yoldaşını aparmağa cəhd edən kürəkən, bu dəfə içkili vəziyyətdə qayınanasını bıçaqlayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...