Bakıda gündüz saatlarıdna yanğın faktı qeydə alınıb. SİA-ya FHN-dən verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 108 m2 olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü, iki otağının yanar konstruksiyaları 50 m2 sahədə və yaxınlıqda tikilmiş ümumi sahəsi 240 m2 olan ikimərtəbəli evin 2 ədəd plastik pəncərəsi yanıb. Hər iki evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.
Bütün xəbərlər Facebook səhifəmizdə