Xeyli sayda silah polisə təhvil verilib

Ötən gün vətəndaşlar tərəfindən xeyli sayda silah könüllü olaraq polis orqanlarına təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yanvarın 16-da Naxçıvan DİN-ə, Sabunçu RPİ-nin 42-ci Polis bölməsinə, Culfa, Zərdab və Ağdaş rayon Polis şöbələrinə vətəndaşlar tərəfindən ümumilikdə 6 silah – 1 ədəd “AKMS” markalı avtomat silahı, 2 ədəd “İJ”, 3 ədəd “TOZ” markalı tüfəng, 2 ədəd süngü bıçaq və 13 ədəd patron sandığı təhvil verilib.

Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə