Sumqayıtda yük avtomobili yanıb

Sumqayıtda yük avtomobili yanıb. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Məlumata görə, şəhərin H.Z.Tağıyev qəsəbəsində "Mercedes" markalı yük avtomobilinin arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

loading...