Gəncə şəhərində dəhşətli qəza olub ana və uşaq ölüb

Gəncə şəhərinin 28 May küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, iyulun 20-də saat 21 radələrində Gəncə şəhərinin 28 May küçəsində şəhər sakini Ramin Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qucağında 4 aylıq oğlu olan Dilarə Bağırovanı vurub və idarəetməni itirdiyindən avtomobili yolun əks istiqamətində hərəkətdə olan şəhər sakini Eldəniz Ələkbərovun idarə etdiyi “Daevoo” markalı avtomobilə çırpıb. Nəticədə xəstəxanaya yerləşdirilən D.Bağırova və uşaq orada ölüblər.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə