Oğurluq edən dəstə üzvləri tutulub

Baş Cinayət Axtarışı İdarəsi, Beyləqan Rayon Polis Şöbəsi (RPŞ) və İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 19-da Beyləqan rayonunun Bünyadlı kəndindəki mağazalardan birindən 490 manat pul oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Qaraş Talıbov və bir yeniyetmə tutulub.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, saxlanılanların ətrafında aparılan əməliyyat tədbirləri ilə onların həmyerliləri Yasəf Nərimanovla birgə yanvarın 15-də İmişli rayonunun Qaradonlu poçt şöbəsindən içərisində 570 manat pul, qızıl əşyalar və sənəd, habelə şöbəyə məxsus 63 manat pul olan seyfi oğurlamaları da müəyyən edilib. Həyata keçirilən tədbirlərlə Y.Nərimanov da ələ keçirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə